3 iyul 2026. Cümə

Aymerik Laportedən "Real" açıqlaması


  • Transfer
  • 01:26 08.09.2024
  • Oxunma sayı: 184
Aymerik Laportedən "Real" açıqlaması

“Əl-Nəsr”in müdafiəçisi Aymerik Laporte Madrid "Real"ının marağından danışıb.

90deqiqe.Az xəbər verir ki, "Madrid Xtra" ispan oyunçunun dediklərini belə çatdırıb:

 "Real Madrid"? Xeyr, onlar mənimlə əlaqə saxlamayıblar”

Yay transfer pəncərəsində Los Blancos-un 30 yaşlı futbolçunun xidmətində maraqlı olduğu haqda xəbərlər yayılmışdı.

İspan müdafiəçi 2023-cü ilin yayından “Mançester Siti”dən keçərək “Əl-Nəsr”də çıxış edir. Bu mövsüm Laport bütün turnirlərdə dörd matçda iştirak edib və qol vurmayıb. Futbolçunun Əl-Nasr ilə hazırkı müqaviləsi 2026-cı ilə qədərdir. Transfermarkt portalının mütəxəssisləri müdafiəçinin dəyərini 20 milyon avro qiymətləndirir.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır