30 iyun 2026. Çərşənbə axşamı

Yusuf Yazıcı Trabzonspor'dan ayrıldı


  • Transfer
  • 14:40 04.08.2019
  • Oxunma sayı: 564
Yusuf Yazıcı Trabzonspor'dan ayrıldı

Trabzonspor'un futbolçusu Yusuf Yazıcı klubdan ayrıldığını açıqlayıb.

Corner.az-ın xəbərinə görə, bu haqda 22 yaşlı futbolçu özünün sosial şəbəkəsi hesabında yazıb. Mesajında Qara dəniz təmsilçisindən ayrıldığını bildirən futbolçu azarkeşlərlə vidalaşıb.

Qeyd edək ki, gənc yarımmüdafiəçi karyerasını Fransanın “Lill” klubunda davam etdirəcək. Bu transferdən “Trabzonspor”un 19 milyon avro qazanacağı bildirilir.







Transfer