- Transfer
- 23:27 04.10.2024
Hazırda azad agent statusunda olan fransalı yarımmüdafiəçi Adrien Rabyot İngiltərə Premyer Liqasında çıxış edə bilər.
90deqiqe.Az-ın “TBR”ə istinadən məlumatına görə, 29 yaşlı futbolçunun nümayəndələri Londonun iki aparıcı klubu, yəni “Arsenal” və “Tottenhem”lə əlaqə saxlayıb.
Qeyd edək ki, bundan əvvəl mətbuatda Rabyotun Səudiyyə Ərəbistanı və Türkiyədən gələn təkliflərdən imtina etdiyi barədə xəbərlər yayılmışdı.
Fransız futbolçu Avropanın ən yaxşı 5 çempionatından bir komandaya keçmək istəyir.
Xatırladaq ki, Adrien Rabiot ötən mövsüm “Yuventus”un heyətində İtaliya çempionatında 31 oyun keçirib. Fransız futbolçu 5 qol vurub və 3 məhsuldar ötürmə edib.