- Transfer
- 23:27 04.10.2024
"Yuventus"un yarımmüdafiəçisi Filip Kostiçin "Fənərbağça"ya keçidi rəsmiləşib.
90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı futbolçu mövsümün sonuna qədər icarə əsasında İstanbul klubunun uğurları üçün çalışacaq.
Serb yarımmüdafiəçi 2022-ci ildən "Yuventus"da çıxış edir. O, ötən mövsüm klubda 33 oyun keçirib, 4 məhsuldar ötürmə edib. Yeni mövsümdə serb heç vaxt meydana çıxmayıb.