22 oktyabr 2024. Çərşənbə axşamı

"Mançester Yunayted" Rabyot ilə danışıqlar aparır


  • Transfer
  • 22:23 09.09.2024
  • Oxunma sayı: 89
"Mançester Yunayted" Rabyot ilə danışıqlar aparır

Fransalı yarımmüdafiəçi Adrien Rabyot karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Ceremi Kross "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O “qırmızı şeytanlar”ın hazırda azad agent olan 29 yaşlı yarımmüdafiəçi ilə danışıqlar apardığını və “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haqın yarımmüdafiə xəttini fransız futbolçu ilə gücləndirmək istədiyini qeyd edib.

Rabyotun son klubu 2019-cu ildən çıxış etdiyi "Yuventus" olub. Ötən yay futbolçu klubu tərk edib. Nüfuzlu Transfermarkt portalının məlumatına görə, futbolçunun dəyəri 35 milyon avrodur.







Transfer