22 oktyabr 2024. Çərşənbə axşamı

Avropanın iki top klubu Salahı transfer etmək istəyir


  • Transfer
  • 10:16 10.09.2024
  • Oxunma sayı: 114
Avropanın iki top klubu Salahı transfer etmək istəyir

"Liverpul"un ulduzu misirli hücumçusu Məhəmməd Salah bu mövsüm başa çatdıqdan sonra klubunu dəyişə bilər.

90deqiqe.Az-ın "El Nacional"a istinadən məlumatına görə, gələn yay azad agentə çevriləcək 32 yaşlı futbolçunun xidmətində PSJ və "Yuventus" maraqlıdır.

Bundan əvvəl mətbuatda Salahın Səudiyyə Ərəbistanı çempionatı klublarından birinə keçə biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.

Forvardın özü hələ karyerasını harada davam etdirmək istədiyinə qərar verməyib.

Xatırladaq ki, bu mövsüm Məhəmməd Salah Mersisaydlıların heyətində İngiltərə çempionatında 3 oyun keçirib və bu oyunda 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Misirli 2017-ci ildən "Liverpul"da çıxış edir.







Transfer