9 iyul 2026. Cümə axşamı

Memfis Depay rəsmən Braziliya klubunda


  • Transfer
  • 13:01 10.09.2024
  • Oxunma sayı: 205
Memfis Depay rəsmən Braziliya klubunda

Məşhur hücumçu Memfis Depayın "Korintians"a keçidi rəsmiləşib.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

30 yaşlı futbolçu yeni klubu ilə 2026-cı ilin iyun ayına kimi müqavilə imzalayıb.

Forvard azad agent kimi Braziliya klubuna keçib.

Depayın son klubu "Atletiko Madrid" olub. Bundan əvvəl Memfis "Barselona", "Mançester Yunayted", "Lion" və PSV-də də çıxış edib. Xatırladaq ki, Memfis Depay ötən mövsüm İspaniya çempionatında “matrasçılar”ın heyətində 23 oyun keçirib və o, 5 qol vurub və bir məhsuldar ötürmə edib.







Transfer

Tçuameni "Real"dan ayrıla bilər
  • Transfer
  • 23:47 08.07.2026
Tçuameni "Real"dan ayrıla bilər