22 oktyabr 2024. Çərşənbə axşamı

Marsial Braziliyaya köçməyəcək


  • Transfer
  • 23:07 10.09.2024
  • Oxunma sayı: 72
Marsial Braziliyaya köçməyəcək

Məşhur fransalı hücumçu Antoni Marsial Braziliyaya köçməyəcək.

90deqiqe.Az-ın "Sport Witness"ə istinadən məlumatına görə, "Mançester Yunayted"in keçmiş hücumçusu ilə "Flamenqo" maraqlanırdı, lakin Braziliya komandası fransalıya maliyyə tələblərini ödəyə bilməyəcək. Bildirilir ki, "Flamenqo" Marsiyala 3 illik müqavilə təklifinin əleyhinə deyil, lakin komanda Antoninin tələb etdiyi maaşı ödəyə bilməyəcək.

Ötən mövsüm Antoni Marsial on doqquz oyun keçirib, iki qol vurub və bir məhsuldar ötürmə edib.







Transfer