- Transfer
- 23:50 29.12.2024
“Çelsi” və digər Avropanın aparıcı klublarında çalışmış məşhur argentinalı məşqçi Maurisio Poçettinonun ABŞ milli futbol komandasına rəhbərliyi rəsmiləşib.
90deqiqe.Az Amerika millisinin mətbuat xidmətinə istinadən məlumat verir ki, argentinalı mütəxəssis "Stars and Stripes"in yeni baş məşqçisi olub.
Maurisio Poçettino ABŞ yığmasını 2026-cı il dünya çempionatına hazırlayacaq.
ABŞ Futbol Federasiyasının idman direktoru Mett Kroker qeyd edib ki, Poçettinonun rekordu öz sözünü deyir. Funksioner hesab edir ki, düzgün seçim edilib, çünki argentinalı Amerika komandasına öz potensialını reallaşdırmağa kömək edəcək.
Xatırladaq ki, Poçettino “Çelsi”dən başqa PSJ, “Tottenhem”, “Sauthempton” və digər komandalarda çalışıb. ABŞ komandasına əvvəllər 2024-cü il Amerika Kubokunda komandanın uğursuz çıxışından sonra qovulan Gregg Berhalter rəhbərlik edirdi.