9 iyul 2026. Cümə axşamı

“Sivasspor”dan ayrılan futbolçu Rumıniya klubunda!


  • Transfer
  • 15:14 11.09.2024
  • Oxunma sayı: 161
“Sivasspor”dan ayrılan futbolçu Rumıniya klubunda!

Kamerunlu hücumçu Klinton Njie karyerasını “Rapid Buxarest”də davam etdirəcək.

90deqiqe.Az Rumıniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı futbolçu ilə müqavilə 2026-cı ilə qədərdir. Njie yeni klubuna azad agent kimi keçib.

Onun karyerasında son klubu 2022-ci ildən çıxış etdiyi və ötən yay komandadan ayrıldığı Türkiyənin “Sivasspor” klubu olub. Njie 2019-2022-ci illərdə “Dinamo”da çıxış edib və bundan əvvəl “Lion”, “Marsel” və “Tottenhem”i təmsil edib. Klinton Njie-nin nailiyyətləri arasında Kamerun komandası ilə 2017 Afrika Millətlər Kubokunda qələbə də var. Səkkiz oyunun nəticəsinə əsasən, “Rapid” Rumıniya çempionatının turnir cədvəlində 9 xalla 9-cu yerdədir.







Transfer

Tçuameni "Real"dan ayrıla bilər
  • Transfer
  • 23:47 08.07.2026
Tçuameni "Real"dan ayrıla bilər