9 iyul 2026. Cümə axşamı

Məşhur əlcəzairli vətənində oynayacaq


  • Transfer
  • 17:31 11.09.2024
  • Oxunma sayı: 161
Məşhur əlcəzairli vətənində oynayacaq

Təcrübəli forvard İslam Slimani 2013-cü ildən bəri ilk dəfə Əlcəzair çempionatının bir klubunda çıxış edəcək.

90deqiqe.Az xəbər verir ki, 36 yaşlı futbolçu peşəkar karyerasına başladığı "Belouizdad" ilə iki illik müqavilə imzalayıb.

2013-cü ildə Slimani "Sportinq Lissabon"a keçib, daha sonra karyerasında İngiltərənin "Nyukasl" və "Lester", "Fənərbaxça", "Monako", "Brest" və "Anderlext" klubları olub. O, həmçinin Braziliyada "Curitiba"da top qovub və Əlcəzairə qayıtmazdan əvvəl oyunçunun son komandası Belçikalı "Meçelen" olub. Hücumçu Əlcəzair millisində 103 oyun keçirib və bu oyunda rəqiblərinə 47 qol vurub.







Transfer

Tçuameni "Real"dan ayrıla bilər
  • Transfer
  • 23:47 08.07.2026
Tçuameni "Real"dan ayrıla bilər