- Transfer
- 23:27 04.10.2024
Danimarkalı müdafiəçi Simon Kyer karyerasını yenidən İtaliyada davam etdirə bilər.
90deqiqe.Az-ın "pianetamilan.it"ə istinadən məlumatına görə, 35 yaşlı bundan sonra A Seriyasına yeni gələn "Venesiya"nın uğurları üçün çalışacaq. Tərəflər arasında danışıqlar yekun mərhələdədi, yaxın günlərdə rəsmi açıqlanacağı gözlənilir.
Simon Kyer 2020-ci ildə "Milan"a keçib və 2022-ci il çempionluğuna mühüm töhfə verdi. Maraqlıdır ki, çempionatın növbəti turunda “Milan” "Venesiya" ilə mübarizə aparmalı olacaq. İndiyədək "Milan"ın üç matçda iki xalı var - "Venesiya" isə bir xala sahibdir.