- Transfer
- 14:05 05.10.2024
"Barselona" PSV və Niderland millisinin yarımmüdafiəçisi Jerdi Şoutenlə maraqlanır.
90deqiqe.Az “Marca”ya istinadən xəbər verir ki, Kataloniya klubu 27 yaşlı futbolçunu bu yay transfer pəncərəsində almağa çalışsa da, “mavi qranatlılar” maliyyə problemləri üzündən yenidən çətin vəziyyətə düşüb. "Barselona" qış transfer pəncrəsi zamanı niderlandlı futbolçunu transfer etməyə ümid edir.
Yarımmüdafiəçinin transfer dəyərini mütəxəssislər 28 milyon avro qiymətləndirirlər.
Xatırladaq ki, Yerdi Şouten ötən mövsüm Niderland çempionatında 29 oyun keçirib və 4 qol vurub. Buna qədər yarımmüdafiəçi “Bolonya”, “Excelsior”, “Telstar” və “Den Haaq” klublarında çıxış etməyi bacarıb.