- Transfer
- 20:39 09.12.2024
"Mançester Siti" gələn yay "Leypsiq"də icarə əsasında çıxış edən PSJ-nin yarımmüdafiəçisi Xavi Simonsu almaq variantını nəzərdən keçirir.
90deqiqe.Az “ESPN”ə istinadən xəbər verir ki, “şəhərlilər” niderlandlı futbolçunu 33 yaşlı hücumameyilli yarımmüdafiəçi Kevin De Bruynenin əvəzləyicisi kimi görürlər.
Mançester klubunun “Bavariya” və “Liverpul”la rəqabət apara biləcəyi vurğulanıb.
Bu mövsüm 21 yaşlıf utbolçu bütün yarışlarda dörd matçda iştirak edib, bir qol vurub və bir məhsuldar ötürmə edib. Futbolçunun Paris klubu ilə hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 80 milyon avrodur.