19 sentyabr 2024. Cümə axşamı

Rabyotun yeni klubu bəlli oldu


  • Transfer
  • 23:17 15.09.2024
  • Oxunma sayı: 127
Rabyotun yeni klubu bəlli oldu

Fransalı yarımmüdafiəçi Adrien Rabyotun yeni klubu müəyyənləşmək üzrədir.

90deqiqe.Az “FootMercato”ya istinadən xəbər verir ki, 29 yaşlı futbolçu "Marsel" ilə müqavilə imzalaması yaxın günlərdə rəsmiləşə bilər. Hazırda tərəflər arasında danışıqlar davam edir.

Futbolçu ilə İngiltərənin "Mançester Yunayted", "Arsenal" və "Tottenhem" klubları da maraqlanırdı.

Adrien Rabyot ötən mövsümün sonunda "Yuventus"dan ayrılaraq, komanda ilə 5 ildən sonra Turin komandası ilə müqaviləsini yeniləməmək qərarına gəlib. Fransız daha əvvəl vətənində PSJ-də çıxış edib. 







Transfer

Perişiç Niderland klubuna keçir
  • Transfer
  • 19:30 17.09.2024
Perişiç Niderland klubuna keçir