19 sentyabr 2024. Cümə axşamı

Pioli Ronaldonun yeni baş məşqçisi ola bilər


  • Transfer
  • 12:05 17.09.2024
  • Oxunma sayı: 43
Pioli Ronaldonun yeni baş məşqçisi ola bilər

“Milan”ın sabiq baş məşqçisi Stefano Pioli tezliklə Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr”ə rəhbərlik edə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O tərəflərin müqavilənin şərtləri ilə bağlı fəal danışıqlar apardığını qeyd edib.

Qeyd edək ki, Pioli daha əvvəl "Real Madrid"in digər keçmiş ulduzu Kərim Benzemanın çıxış etdiyi “Əl-İttihad”a rəhbərlik edə bilərdi lakin Stefano və "Əl-İttihad" arasındakı razılaşma uğursuzluğa düçar olub.

"Əl-Nəsr" bu yaxınlarda Luis Kastronu istefaya göndərib və Pioli hazırda komandanın prioritet namizədidir

. Xatırladaq ki, Stefano daha əvvəl İtaliya çempionatının qalibi olduğu "Milan"dan ötən yay ayrılmışdı.







Transfer

Perişiç Niderland klubuna keçir
  • Transfer
  • 19:30 17.09.2024
Perişiç Niderland klubuna keçir