3 iyul 2026. Cümə

"MY"in keçmiş hücumçusu Yunanıstan klubuna keçir


  • Transfer
  • 17:42 17.09.2024
  • Oxunma sayı: 165
"MY"in keçmiş hücumçusu Yunanıstan klubuna keçir

Hazırda azad agent kimi komandasız qalan məşhur fransız hücumçu Antoni Marsial karyerasını Yunanıstan çempionatında klubların birində davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O 28 yaşlı futbolçunun AEK Afina klubu ilə müqavilə imzalamağa yaxın olduğunu qeyd edib.

Qeyd edək ki, bundan əvvəl də mətbuatda Marsialın Braziliya çempionatına keçə biləcəyi ilə bağlı xəbərlər yayılmışdı. Fransız buna qədər "Mançester Yunayted", "Sevilya", "Monako" və "Lion"da çıxış etməyi bacarıb.

Xatırladaq ki, ötən mövsüm Antoni Marsial “qırmızı şeytanlar”ın heyətində İngiltərə çempionatında 13 oyun keçirib və 1 qol vurub.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır