- Transfer
- 18:38 24.11.2024
Barselona'nın vitse-prezidenti Xordi Kardoner PSG-nin futbolçusu Neymarın Kataloniya klubuna keçəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.
Corner.az xəbər verir ki, o, İspaniyanın TV3 kanalına müsahibəsində bildirib: “Klubumuzun prezidentinin söylədiyi kimi, Neymarın keçidi hal hazırda müzakirə olunmur.Biz sadəcə, kənardan müşahidə edirik. Biz bilirik ki, Neymar, Parisdə çox xoşbəxtdir. Biz Neymarla bağlı danışıqlar aparmamışıq ”.
Klub rəsmisi bildirib ki, Barselona və PSG klubları bir-birinə hörmətlə yanaşır: “Əgər Neymarın namizədliyi məsələsi gündəmə gəlsə, biz bu haqda danışacağıq. İndi isə belə bir şey yoxdur”.