- Transfer
- 23:17 10.12.2024
Ötən mövsümün sonunda "Milan"dan ayrılan mütəxəssis Stefano Pioli Səudiyyə Ərəbistanında iş tapmağa yaxındır.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O 58 yaşlı çalışdırıcının "Əl-Nəsr" klubunun yeni baş məşqçisi təyinatı ilə bağlı danışıqlar apardığını və əl sıxmağa yaxın olduqlarını qeyd edib.
Qeyd edək ki, "Əl Nəsr" klubu baş məşqçi Luis Kastro ilə yollarını ayırdığını açıqlayıb.
Xatırladaq ki, Stefano Pioli 2019-cu ildən "Milan"a rəhbərlik edib. 2022-ci ildə o, "rossoneri"ni A Seriyasında qələbəyə aparıb.