26 dekabr 2025. Cümə

Səudiyyə Ərəbistanı klubu "sükan"ı Pioliyə tapşırır


  • Transfer
  • 17:04 18.09.2024
  • Oxunma sayı: 134
Səudiyyə Ərəbistanı klubu "sükan"ı Pioliyə tapşırır

"Milan"ın sabiq baş məşqçisi Stefano Pioli "Əl-Nəsr"ə başçılıq etməyə yaxındır.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O 58 yaşlı mütəxəssisin Səudiyyə klubu ilə müqavilə imzalamaq üçün Ər-Riyada uçduğunu qeyd edib.

Piolinin son iş yeri 2019-2024-cü illərdə rəhbərlik etdiyi, komandanı 2022-ci ildə A Seriyasında qələbəyə aparan "Milan" olub. Dünən "Əl-Nəsr" portuqaliyalı Luis Kastronu baş məşqçi postundan istefaya göndərib.

Xatırladaq ki, onun həmyerlisi Kriştiano Ronaldo klubda çıxış edir. Üç oyunun nəticəsinə əsasən, “Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində 5 xalla yeddinci yerdədir.







Transfer

“Əl-Hilal”dan “Real”a
  • Transfer
  • 23:18 25.12.2025
“Əl-Hilal”dan “Real”a