- Transfer
- 23:27 04.10.2024
"Liverpul"un sabiq hücumçusu Endi Kerroll "Bordo"ya keçib.
90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
35 yaşlı futbolçu ilə müqavilə 2026-cı ilin yayına kimi qüvvədə olacaq.
Futbolçu əvvəllər "Nyukasl", "Preston", "Liverpul", "Vest Hem", "Ridinq" və "Vest Bromviç"də çıxış edib.O, İngiltərə millisində 9 oyun keçirib. Forvardın karyerasındakı son klubu 2023-cü ildən çıxış etdiyi Fransız “Amyen” olub.Transfermarkt futbolçunu 250 min avro dəyərləndirib.
"Bordo" 2024/25 mövsümünü Fransa çempionatının dördüncü güclü divizionunda keçirir. İyul ayında klub maliyyə problemlərinə görə reytinqin aşağı salınması və peşəkar statusunun itirilməsi ilə razılaşıb.
“Bordo” altıqat Fransa çempionudur. Komanda sonuncu dəfə 2008/09 mövsümündə Liqa 1-də qızıl qazanıb.