- Transfer
- 16:26 21.11.2024
“Milan”ın sabiq baş məşqçisi Stefano Pioli “Əl-Nəsr” klubunun yeni baş məşqçisi olub.
90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
58 yaşlı mütəxəssisin son iş yeri 2021/2022 mövsümündə İtaliya çempionatının qalibi olduğu "Milan" olub.
Xatırladaq ki, sentyabrın 17-də “Əl-Nəsr” portuqaliyalı mütəxəssis Luis Kastronun komandanın baş məşqçisi postundan qovulduğunu açıqlamışdı. 63 yaşlı mütəxəssis bu posta 2023-cü ilin iyulunda təyin olunub. Bu müddətdə Səudiyyə klubu onun rəhbərliyi altında bütün turnirlərdə 54 oyun keçirib, 36 dəfə qalib gəlib, 9 dəfə heç-heçə edib, 9 dəfə məğlub olub.
Səudiyyə Ərəbistanı Pro Liqasının cari mövsümünün üç turundan sonra “Əl-Nasr” 5 xal toplayıb və yeddinci yerdədir.