20 sentyabr 2024. Cümə

"Sportinq" hücumçusunu 100 milyon avroya satmağa hazırdır


  • Transfer
  • 20:03 19.09.2024
  • Oxunma sayı: 26
"Sportinq" hücumçusunu 100 milyon avroya satmağa hazırdır

Hücumçu Viktor Qyokeres 2024-cü ilin yanvarında "Sportinq Lissabon"u tərk edə bilər.

90deqiqe.Az-ın “Todofichajes”ə istinadən məlumatına görə, Portuqaliya klubu onun transferi üçün hansısa komanda yüz milyon avro təklif etsə, qış transfer pəncərəsində forvardı satmağa hazırdır. Daha əvvəl hücumçu ilə "Barselona" və "Arsenal" klubları maraqlanırdı.

Bu mövsüm Viktor Qyokeres "Sportinq"in heyətində bütün yarışlarda yeddi oyun keçirib, doqquz qol və üç məhsuldar ötürmə edib. Hücumçunun Lissabon klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.







Transfer