- Transfer
- 15:08 11.10.2024
"Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqiblərindən "Olimpiakos" (Yunanıstan) müdafiəçisi Rodiney ilə müqavilə müddətini uzadıb.
90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu daha 3 il Pirey təmsilçisinin uğurları üçün top qovacaq.
Braziliyalı futbolçu 2022-ci ildən Yunanıstan təmsilçisində çıxış edir.
Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"la 2025-ci il yanvar 30-da səfərdə qarşılaşacaq.