- Transfer
- 14:05 05.10.2024
"Arsenal"ın mərkəz müdafiəçisi Uilyam Saliba karyerasını "Real Madrid"də davam etdirə bilər.
90deqiqe.Az-ın “The Independent"ə istinadən məlumatına görə, Madrid nəhəngi 2025-ci ilin yayında 23 yaşlı futbolçunu almaq niyyətindədir. “Qalaktikos” mərkəzi müdafiəsini onunla gücləndirmək istəyir, lakin “Arsenal”ın iddialı planlarını nəzərə alaraq fransız müdafiəçi ilə müqavilə bağlamaq çətin məsələ olacağını bilir.
Bu mövsüm Saliba bütün turnirlərdə heç bir qol vurmadan dörd oyun keçirib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.