21 sentyabr 2024. Şənbə

"Bavariya"nı "Mançester Yunayted"ə dəyişə bilər


  • Transfer
  • 23:51 20.09.2024
  • Oxunma sayı: 28
"Bavariya"nı "Mançester Yunayted"ə dəyişə bilər

"Mançester Yunayted" "Bavariya"nın yarımmüdafiəçisi Leon Qoretska ilə maraqlanır.

90deqiqe.Az-ın “AS”a istinadən məlumatına görə, "qırmızı şeytanlar" alman futbolçunu qış transfer pəncərəsində transfer edə bilər. 29 yaşlı  futbolçunun komandadakı hazırkı mövqeyindən narazı olduğu vurğulanır.

Bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə iki matçda iştirak edib və bir qol vurub. Ümumilikdə Qoretzka meydanda 10 dəqiqə keçirib. Futbolçunun Almaniya klubu ilə hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 30 milyon avrodur.







Transfer