22 oktyabr 2024. Çərşənbə axşamı

"Yuventus" bu qış "Lill"in forvardını almaq istəyir

kanadalı


  • Transfer
  • 12:07 21.09.2024
  • Oxunma sayı: 57
"Yuventus" bu qış "Lill"in forvardını almaq istəyir

"Yuventus"un liderləri hücumçu Conatan Davidin transferi ilə bağlı yay transfer pəncərəsində "Lill"lə razılığa gəlməyə çalışmaq istəyir.

90deqiqe.Az-ın “Calciomercato”ya istinadən məlumatına görə,Turin klubu 2025-ci ilin yayında azad agentə çevriləcək 24 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir

"Yuventus"un rəhbərləri qış transfer pəncərəsində kanadalı forvardın transferi ilə bağlı "Lill"lə razılığa gəlməyə ümid edirlər.

Qeyd edək ki, Davidin transferini Turin komandasının məşqçisi Tiaqo Motta təsdiqləyib. Mütəxəssislər kanadalının hazırda transfer dəyərini 50 milyon avro qiymətləndirirlər.

Xatırladaq ki, Conatan David bu mövsüm “İtlər”in heyətində Fransa çempionatında dörd oyun keçirib və bir qol vurub.







Transfer