22 oktyabr 2024. Çərşənbə axşamı

"Mançester Yunayted" qışda onu almağa çalışacaq


  • Transfer
  • 13:43 21.09.2024
  • Oxunma sayı: 65
"Mançester Yunayted" qışda onu almağa çalışacaq

"Mançester Yunayted"in liderləri braziliyalı yarımmüdafiəçi Edersonun transferi ilə bağlı qış transfer pəncərəsində "Atalanta" ilə razılığa gəlməyi planlaşdırır.

90deqiqe.Az-ın “TNT Sports Brasil”a istinadən məlumatına görə, “qırmızı şeytanlar” 25 yaşlı futbolçu ilə yenidən maraqlanıb. Mançester klubu braziliyalı yarımmüdafiəçini bu qış transfer etməyə ümid edir. "Mankunianlar" Ederson üçün təxminən 60 milyon avro ödəməli olacaqlar.

Qeyd edək ki, braziliyalının berqamasklarla hazırkı müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir. Bundan əvvəl mətbuatda Liverpool-un da Edersonu həqiqətən almaq istədiyi barədə şayiələr yayılmışdı. Xatırladaq ki, bu mövsüm Ederson İtaliya çempionatında "Atalanta"nın heyətində dörd görüş keçirib və bu görüşdə bir məhsuldar ötürmə edib və bir sarı vərəqə alıb.







Transfer