22 oktyabr 2024. Çərşənbə axşamı

"Mançester Yunayted" İngiltərə millisinin üzvünü transfer edir


  • Transfer
  • 12:59 22.09.2024
  • Oxunma sayı: 57
"Mançester Yunayted" İngiltərə millisinin üzvünü transfer edir

"Kristal Pelas"ın vingeri Ebereçi Eze İngiltərə çempionatında başqa kluba keçə bilər.

90deqiqe.Az-ın "TodoFichajes"ə istinadən məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi ilə "Mançester Yunayted" maraqlanır. "Qırmızı şeytanlar" artıq ilkin danışıqlara da başlayıb.

Transfermarkta görə Ezenin bazar dəyəri 55 milyon avrodur. Tərəflər arasında mövcud əmək müqaviləsi 2027-ci ilin iyun ayının sonunda başa çatır. İngiltərə Premyer Liqasının bu mövsümündə Ebereçi 5 oyun keçirib və bir qol vurub. Yarımmüdafiəçi 2020-ci ildən "Kristal Pelas"da çıxış edir.







Transfer