22 oktyabr 2024. Çərşənbə axşamı

"Real" "Leypsiq"in müdafiəçisini almaq istəyir


  • Transfer
  • 14:37 22.09.2024
  • Oxunma sayı: 57
"Real" "Leypsiq"in müdafiəçisini almaq istəyir

"Real Madrid" "Leypsiq"in gənc müdafiəçisi Castello Lukebi transfer etməkdə maraqlıdır.

90deqiqe.Az-ın “Marca”ya istinadən məlumatına görə, "kral klubu" 21 yaşlı futbolçunu 2025-ci ilin yayında heyətinə qatmağa çalışacaq. "Real Madrid" rəhbərləri Çempionlar Liqasının ümumi mərhələsinin ilk turunda "Leypsiq"in "Atletiko Madrid"lə oynadığı görüşdə fransız futbolçunun çıxışını yaxından izləyiblər.

Qeyd edək ki, müdafiəçinin transfer dəyərini ekspertlər 40 milyon avro qiymətləndirir. Bundan əvvəl Lukeba "Lion"da çıxış edirdi. Xatırladaq ki, ötən mövsüm Castello Lukeba Almaniya çempionatında “Leypsiq”in heyətində 32 oyun keçirib və bu oyunda bir qol vurub, üç sarı vərəqə alıb.







Transfer