- Transfer
- 23:27 04.10.2024
İtaliyanın "Venesiya"sından ayrıldıqdan sonra azad agent statusunda olan məşhur rusiyalı yarımmüdafiəçi Denis Çerışev özünə yeni klub tapıb.
90deqiqe.Az-ın “Transfermarkt”a istinadən məlumatına görə, 33 yaşlı futbolçu Yunanıstanın "Panionis" komandası ilə müqavilə imzalamağa razılaşıb.
Rusiya millisinin sabiq yarımmüdafiəçisi Yunanıstan klubu ilə 2025-ci ilin iyununa qədər müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, Çerışev son iki ildə Venesiyada İtaliyanın subelit divizionunda çıxış edib. Ötən mövsüm rusiyalı B Seriyasında cəmi 9 matç keçirib və bu oyunda effektli olmayıb. Xatırladaq ki, Denis Çerışev buna qədər “Valensiya”, “Vilyarreal”, “Real Madrid” və “Sevilya”da çıxış etməyi bacarıb.