22 oktyabr 2024. Çərşənbə axşamı

"Barselona" Ter Ştegenə əvəzləyici tapıb


  • Transfer
  • 14:54 24.09.2024
  • Oxunma sayı: 60
"Barselona" Ter Ştegenə əvəzləyici tapıb

"Barselona" klubu sıradan çıxaan alman Mark-Andre ter Ştegeni əvəzləyəcək qapıçı ilə bağlı qərar verib.

90deqiqe.Az-ın “Radio Marca”ya istinadən məlumatına görə, Kataloniya klubu "Las Palmas"ın 27 yaşlı ispan qapıçısı Alvaro Vallesi transfer etmək istəyir.

Qapıçının "Barselona"ya keçidi qış transfer pəncərəsində baş tuta bilər.

Qeyd edək ki, Valles bu yay klub qeydiyyatını dəyişmək istəyib, lakin qapıçı özünə yeni komanda tapa bilməyib və "Las Palmas"da qalmaq məcburiyyətində qalıb.

Xatırladaq ki, ötən mövsüm Alvaro Valles “Las-Palmas”ın heyətində İspaniya çempionatında 37 oyun keçirib, ondan 10 oyunda qapısını təmiz saxlaya bilib.







Transfer