22 oktyabr 2024. Çərşənbə axşamı

"Real"ın sabiq futbolçusu "Şalke"yə rəhbərlik edə bilər


  • Transfer
  • 15:06 24.09.2024
  • Oxunma sayı: 65
"Real"ın sabiq futbolçusu "Şalke"yə rəhbərlik edə bilər

"Real"ın və İspaniya millisinin sabiq hücumçusu Raul Qonzales Almaniyanın "Şalke" klubunun yeni baş məşqçisi ola bilər.

90deqiqe.Az-ın “Bild”ə istinadən məlumatına görə, 47 yaşlı mütəxəssisi "Şalke"nin rəhbərliyi bu mövsüm Almaniyanın subelit divizionunda son dərəcə uğursuz start götürən komandanın yeni baş məşqçisi postuna iddialılardan biri hesab edirlər.

Karel Geraerts bu yaxınlarda “Şalke”dən qovulub.

Gelzenkirxen klubu ikinci Bundesliqanın beş turunda cəmi dörd xal toplayıb.

Qeyd edək ki, ispan çalışdırıcı hazırda "Kastilya" ilə işləyir və hələlik komandanı dəyişməyə həvəsli deyil. Xatırladaq ki, Raul 2010-2012-ci illərdə "Şalke"də futbolçu kimi çıxış edib. 2019-cu ilin iyulundan ispaniyalı "Kastilya"nı çalışdırır.







Transfer