22 oktyabr 2024. Çərşənbə axşamı

Şesni karyerasını bərpa edə bilər - "Barselona" danışıqlar aparır


  • Transfer
  • 20:14 24.09.2024
  • Oxunma sayı: 92
Şesni karyerasını bərpa edə bilər  - "Barselona" danışıqlar aparır

"Yuventus"un keçmiş qapıçısı Voyçex Şesni "Barselona"nın hədəfinə çevrilib.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O “Barselona”nın potensial şərtləri müzakirə etmək üçün Voyçexin agentləri ilə danışıqlar apardığını qeyd edib.. Eyni zamanda, Voyçex Kataloniya klubuna görə futbola qayıtmaq imkanını da nəzərdən keçirir.

Polşalı oyunçu 2017-ci ildə "Arsenal"dan "Yuventus"a keçib və Turin klubunda 252 oyun keçirib, üç A Seriya çempionu və üç İtaliya Kubokunu qazanıb. Yayda o, klubdan ayrıldıqdan sonra azad agent olub və karyerasını başa vurduğunu açıqlayıb.







Transfer