- Transfer
- 16:26 21.11.2024
"Barselona"nın idman direktoru Deko zədəli alman Mark-Andre ter Ştegenin yerinə "Portu"nun qapıçısı Dioqo Kostanı almaq istəyir.
90deqiqe.Az-ın “Mundo Deportivo”ya istinadən məlumatına görə, "Blaugrana"nın idman direktoru Kostanı ciddi zədə səbəbindən bu mövsümün qalan hissəsini sıradan çıxaran Ter Ştegenin uzunmüddətli əvəzləyicisi kimi nəzərdən keçirir.
Portuqaliyalı qolkiperin transfer dəyərini mütəxəssislər 45 milyon avro qiymətləndirib.
Qeyd edək ki, bundan əvvəl mətbuatda kataloniyalıların Keylor Navas və ya Voyçex Şesnini transfer edə biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.
Xatırladaq ki, bu mövsüm Dioqo Kosta Portuqaliya çempionatında “Portu”nun heyətində altı oyun keçirib, bunun dördündə qapını təmiz saxlayıb.