- Transfer
- 23:27 04.10.2024
"Yuventus"un hücumçusu Duşan Vlahoviç karyerasını "Arsenal"da davam etdirə bilər.
90deqiqe.Az-ın “Teamtalk”a istinadən məlumatına görə, London klubu 2025-ci ilin yay transfer pəncərəsində serbiyalı forvardı almaq istəyir.
"Topçular" artıq 24 yaşlı futbolçunun agenti ilə ilkin danışıqlara da başlayıb.
Vlahoviçin özü də Dumanlı Albionda qüvvəsini sınamağın əleyhinə deyil.
Serb "Yuventus"dan başqa, "Fiorentina" və "Partizan"da da oynamağı bacarıb. Xatırladaq ki, bu mövsüm Duşan Vlahoviç Turin təmsilçisinin heyətində İtaliya çempionatında 5 oyun keçirib və iki qol vurub. Vlahoviçin "Yuventus"la hazırkı müqaviləsi 2026-cı ilin iyununa qədərdir.Mütəxəssislər forvardın transfer dəyərini 65 milyon avro qiymətləndirirlər.