28 sentyabr 2024. Şənbə

"Qarabağ"ı Çempionlar Liqasından kənarlaşdıran klubda yeni baş məşqçi


  • Transfer
  • 21:10 26.09.2024
  • Oxunma sayı: 32
"Qarabağ"ı Çempionlar Liqasından kənarlaşdıran klubda yeni baş məşqçi

Xorvatiya "Dinamo Zaqreb"inin yeni baş məşqçisi müəyyənləşib.

90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda "sükanı" Nenad Beliçaya həvalə olunub. Xorvatiyalı mütəxəssislə birillik müqavilə imzalanıb.

O, bu postda Sergey Yakiroviçi əvəzləyib. 

55 yaşlı çalışdırıcı 2018-2020-ci illərdə "Dinamo"nun "sükanı arxasında" olub. O, son olaraq Almaniyanın "Union" komandasının baş məşqçisi kimi fəaliyyət göstərib.

Qeyd edək ki, “Dinamo” bu mövsüm Çempionlar Liqasının pley-off mərhələsində iki oyunun nəticəsinə əsasən (5:0) “Qarabağ”ı mübarizədən kənarlaşdırıb.







Transfer

Xuan Pedronun yeni klubu
  • Transfer
  • 19:45 26.09.2024
Xuan Pedronun yeni klubu