3 iyul 2026. Cümə

Messinin qiyməti 25 milyon avroya düşüb


  • Transfer
  • 21:41 26.09.2024
  • Oxunma sayı: 266
Messinin qiyməti 25 milyon avroya düşüb

"Transfermarkt" portalı MLS oyunçularının dəyərlərini yeniləyib.

90deqiqe.Az xəbər verir ki, xarici futbol çempionatının əsas ulduzu Lionel Messinin qiyməti ucuzlaşıb. O, 5 milyon avro dəyər itirib və hazırda 25 milyon dəyərindədir, buna baxmayaraq, Messi liqanın ən bahalı oyunçusu olaraq qalır. 37 yaşlı forvard, MLS-in ikinci və üçüncü ən bahalı oyunçularını 10 milyon avro qabaqlayır. 

Lionel 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. Bu MLS mövsümündə argentinalı 15 matçda 14 qol vurub və 10 məhsuldar ötürmə edib. Onun klubu liqanın ən yaxşılarından biridir.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır