22 oktyabr 2024. Çərşənbə axşamı

Ronaldo və "Əl-Nəsr" müqavilənin uzadılması ilə bağlı danışıqlara başlayıb


  • Transfer
  • 10:20 29.09.2024
  • Oxunma sayı: 66
Ronaldo və "Əl-Nəsr" müqavilənin uzadılması ilə bağlı danışıqlara başlayıb

"Əl-Nəsr" klubu hücumçusu Kriştiano Ronaldo ilə 2025-ci ilin yayında başa çatan müqaviləsinin uzadılması üçün danışıqlara başlayıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Nikolo Şkira "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

Onun sözlərinə görə, Ronaldo 2026-cı il dünya çempionatında oynamaq niyyətində olduğu üçün oyun praktikasına ehtiyac duyur. 39 yaşlı hücumçu bu mundialda oynasa, tarixi rekorda imza ataraq, altı müxtəlif dünya çempionatında iştirak edən ilk futbolçu olacaq.

Bu mövsüm Ronaldo bütün yarışlarda yeddi matçda iştirak edib və bu matçlarda altı qol vurub və iki məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 15 milyon avrodur.







Transfer