22 oktyabr 2024. Çərşənbə axşamı

Ramos Salahın vətənində çıxış edə bilər


  • Transfer
  • 14:10 29.09.2024
  • Oxunma sayı: 62
Ramos Salahın vətənində çıxış edə bilər

Hazırda klubsuz olan mərkəz müdafiəçisi Serxio Ramos Misirdə çıxış edə bilər.

90deqiqe.Az-ın “Todofichajes”ə istinadən məlumatına görə, "Zamalek" klubu 38 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Bir klub ulduz futbolçu ilə şəxsi müqavilə bağlasa, onu pulsuz ala bilər.

Ramos "Real Madrid" və Fransa PSJ-dəki çıxışları ilə tanınır. Ötən mövsüm ispaniyalı "Sevilya"nın rənglərini qoruyub. O, La Liqada 28 matçda iştirak edib və 3 qol vurub. Müdafiəçi İspaniya millisində 180 oyun keçirib, 23 qol vurub.







Transfer