5 oktyabr 2024. Şənbə

PSJ Donnarummaya əvəzləyici axtarır


  • Transfer
  • 11:27 04.10.2024
  • Oxunma sayı: 45
PSJ Donnarummaya əvəzləyici axtarır

Fransanın PSJ klubu italiyalı qapıçısı Canluici Donnarummaya əvəzləyici axtarır.

90deqiqe.Az-ın “Todofichajes”ə istinadən məlumatına görə, Fransa çempionu hüquqları "Atletiko Madrid"ə məxsus olan sloveniyalı qapıçı Yan Oblakla maraqlanır.

31 yaşlı qolkiperin transfer dəyəri 28 milyon avro qiymətləndirilir.

Oblak ilə “döşək işçiləri” arasında mövcud əmək müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna kimi hesablanıb.

Xatırladaq ki, İspaniya çempionatının cari mövsümündə Oblak 7 oyunda iştirak edib və o, 4 qol buraxıb.







Transfer

Bu dörd top-klub onu izləyir
  • Transfer
  • 23:11 03.10.2024
Bu dörd top-klub onu izləyir