- Transfer
- 21:04 12.11.2024
Argentinanın "Boka Xuniors" klubunun mərkəz hücumçusu Edinson Kavani gələcəyi ilə bağlı qərar verib.
90deqiqe.Az-ın “ todomercadoweb.es”ə istinadən məlumatına görə, uruqvaylı hücumçu nəhənglərlə əməkdaşlığını uzatmaq qərarına gəlib. Tərəflər arasında yeni müqavilə 2025-ci ilin sonuna qədər qüvvədə olacaq.
Kavaninin Boka Xuniors ilə hazırkı əmək müqaviləsi bu ilin dekabrında başa çatır.
37 yaşlı hücumçunun transfer dəyəri bir milyon avro qiymətləndirilir. Qeyd edək ki, Edinson Uruqvay yığmasının tərkibində futbolçu karyerasını bitirməyi planlaşdırır. Bu il uruqvaylı Argentina çempionatında 19 oyun keçirib və 9 qol vurub.