- Transfer
- 23:17 10.12.2024
Nigeriyalı hücumçu Əhməd Musa karyerasını harada davam etdirəcəyinə qərar verib.
90deqiqe.Az-ın “ Radio Brila”ya istinadən məlumatına görə, 31 yaşlı futbolçu vətənə qayıdıb və Musanın karyerasına başladığı "Kano Pillars" klubu ilə müqavilə imzalayıb.
Forvard 2024-cü ilin fevralından komandasız idi. Nigeriyalının son klubu Türkiyənin “Sivasspor”u olub.
Xatırladaq ki, Əhməd Musa karyerası ərzində ÇSKA klubu ilə yanaşı “Lester”, “Əl-Nasr”, “Fatih Karaqumryuk”, “Sivasspor” və digər komandalarda çıxış etməyi bacarıb.