5 oktyabr 2024. Şənbə

İngiltərənin üç top klubu onun üçün mübarizə aparır


  • Transfer
  • 13:48 05.10.2024
  • Oxunma sayı: 28
İngiltərənin üç top klubu onun üçün mübarizə aparır

Dortmund "Borussiya"sının cinah oyunçusu Kərim Adeyemi İngiltərə çempionatının nəhənglərinin maraq dairəsindədir.

90deqiqe.Az-ın “TBR”ə istinadən məlumatına görə, alman futbolçunun xidmətində "Mançester Siti", "Liverpul" və "Arsenal" yaxından maraqlıdır.

Bu yaxınlarda 22 yaşlı futbolçu "Seltik"lə oyunda het-trik edib və buna görə Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.

Alman futbolçunun daha əvvəl "Yuventus", "Bavariya", PSJ və "Barselona"ya keçidi ehtimalı var idi. Kərim Adeyemi bu mövsümdə Borussia Dortmund üçün 8 matçda 5 qol vurub və 5 məhsuldar ötürmə edib. Transfermarkt portalı gənc Bamblebees ulduzunun dəyərini 28 milyon avro qiymətləndirir.







Transfer