5 oktyabr 2024. Şənbə

"Real"ın sabiq hücumçusu Malayziyada çıxış edəcək


  • Transfer
  • 14:05 05.10.2024
  • Oxunma sayı: 36
"Real"ın sabiq hücumçusu Malayziyada çıxış edəcək

"Real Madrid" və Fransa PSJ-dəki çıxışları ilə tanınan ispaniyalı forvard Xese Rodriqes karyerasını Malayziya çempionatında davam etdirəcək.

90deqiqe.Az-ın “Marca”ya istinadən məlumatına görə, 31 yaşlı futbolçu bundan sonra "Johor Darul Takzim"in uğurları üçün çalışacaq. Komanda nümayəndələri azad agentə təklif edib və o, bununla razılaşıb.

Xese yanvar ayından bəri işsizdir. Rodrigezin son klubu Braziliyanın Koritiba komandası olub. Hücumçu Braziliya çempionatında altı oyun keçirib, bir qol vurub. Əvvəllər ispan forvardın karyerasına “Real Madrid”, PSJ, “Las Palmas”, “Betis”, “Sampdoria” və digər klublar daxil olub.







Transfer