15 avqust 2026. Şənbə

Barselona'nın sabiq futbolçusu klubsuz qaldı


  • Transfer
  • 07:50 07.08.2019
  • Oxunma sayı: 516
Barselona'nın sabiq futbolçusu klubsuz qaldı

İngiltərənin “Stok Siti” klubu hücumçusu Boyan Krkiçlə yollarını ayırıb.

Corner.az xəbər verir ki, 28 yaşlı futbolçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Krkiç karyerası ərzində “Barselona”, “Milan” kimi klublarda çıxış edib. 2014-cü ildən “Stok Siti”də çıxış edirdi. İspaniyalı futbolçu son mövsümdə Çempionşip təmsilçisiylə 21 qarşılaşmada iştirak edərək, 1 qol vurub.







Transfer