3 iyul 2026. Cümə

Poqbanın karyerasını harada davam etdirə biləcəyi məlum olub


  • Transfer
  • 11:47 07.10.2024
  • Oxunma sayı: 167
Poqbanın karyerasını harada davam etdirə biləcəyi məlum olub

 "Yuventus"la yolları ayrılacağı gözlənilən Pol Poqba özünə yeni klub axtarır.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Nikolo Şira "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O fransalı yarımmüdafiəçinin agentlərinin hazırda müştəriləri üçün yeni klub variantlarını araşdırdıqlarını və  Səudiyyə Ərəbistanı çempionatı və MLS klublarından təklif aldıqlarını qeyd edib.

Pol Poqbanın cəzası 2025-ci ilin martında başa çatacaq.

Qeyd edək ki, 31 yaşlı futbolçunun diskvalifikasiya müddəti 4 ildən 18 aya endirilsə də, "Yuventus" hələ də fransalı futbolçu ilə müqaviləyə xitam verməyi planlaşdırır.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır