- Transfer
- 10:16 04.10.2026
"Nitsa"nın polşalı qapıçısı Marçin Bulka İspaniyanın "Barselona" klubuna keçid edə bilər.
90deqiqe.Az xəbər verir ki, 25 yaşlı qolkiperin xidmətləri Kataloniya klubunu maraqlandırır. "Barselona", zədələnən Mark-Andre ter Ştegenin yerinə Bulkanı düşünür.
Bulkanın "Nitsa" ilə müqaviləsi 2026-cı ilin iyununa qədərdir və transfer dəyəri 20 milyon avro təşkil edir.