11 aprel 2026. Şənbə

"Real" Karvaxalı bu futbolçu ilə əvəzləyə bilər


  • Transfer
  • 10:08 08.10.2024
  • Oxunma sayı: 217
"Real" Karvaxalı bu futbolçu ilə əvəzləyə bilər

"Liverpul"un müdafiəçisi Trent Aleksandr-Arnold karyerasını İspaniyada davam etdirə bilər.

90deqiqe.Az "Marca"ya istinadən xəbər verir ki, "Real Madrid" ingiltərəli müdafiəçi ilə ciddi maraqlanır.

Madrid klubu qış transfer pəncərəsində Mersisayd klubuna rəsmi təklif göndərməyi planlaşdırır.

Əgər "Liverpul" Aleksandr-Arnoldu satmaq istəməsə, "Real" müdafiəçini kluba transfer etmək üçün onu razı salmağa çalışacaq.

Trent Aleksandr-Arnold özü də "Liverpul"la yeni müqavilə imzalamaq niyyətində deyil. Karvaxalın zədəsi isə onun "Real"a keçidini asanlaşdıra bilər.

Qeyd edək ki, Aleksandr-Arnoldun "Liverpul"la mövcud müqaviləsi 2025-ci ilin iyununa qədərdir.

 

 







Transfer

“Hələlik qərar yoxdur”
  • Transfer
  • 22:32 10.04.2026
“Hələlik qərar yoxdur”