14 may 2026. Cümə axşamı

Donnarumma və Dibala'nın taleyi ondan aslıdı


  • Transfer
  • 13:02 07.08.2019
  • Oxunma sayı: 528
Donnarumma və Dibala'nın taleyi ondan aslıdı

Yuventus'un futbolçusu Paulo Dibala və “Milan”ın qapıçısı Canluici Donnarumma karyeralarına Fransada davam etdirə bilərlər.

Corner.az  Mundo Deportivo'ya istinadən xəbər verir ki,  PSG hər iki futbolçunun xidmətində maraqlıdır. Bu futbolçuların transferi isə Paris təmsilçisindən ayrılmaq istəyən Neymardan asılıdır. 27 yaşlı futbolçu PSG-dən ayrılacağı təqdirdə, klub həm Dibala, həm də Donnarumma üçün hərəkətə keçəcək. Klubun idman direktoru Leonardo komandaya qapıçı transferinin mütləq olduğunu, Areola və Trappın yaxşı qapıçı olmalarına baxmayaraq, Çempionlar Liqasında daha inamlı qolkiperə ehtiyacı olduqlarını  bildirib.

Əgər Neymarın klubda qalarsa, PSG transfer etməyəcək.

Paris klubu bir müddət əvvəl də italiyalı qapıçını transfer etmək üçün çalışmış, “Milan” isə bu transfer üçün 50 milyon avro tələb etmişdi.







Transfer